Plastik əməliyyat keçirən müğənninin vəziyyəti pisləşdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Plastik əməliyyat keçirən müğənninin vəziyyəti pisləşdi - FOTOLAR

Azərbaycanlı müğənni Afaq Aslan ötən gün paytaxt xəstəxanalarının birində dodaqlarını və burnunu əməliyyat etdirib.

Bu barədə Publika.az-a ifaçının özü məlumat verib.

O bildirib ki, iki saat nəzərdə tutulan əməliyyat 5 saat çəkib:

“İllər öncə naşı bir həkim dodaqlarımın formasını pis hala salıb. Buna görə də kompleks hiss edirdim. Odur ki, həkim Vüqar Ələkbərova müraciət etdim. O da sağ olsun ki, müraciətimə müsbət yanaşdı. Ancaq əməliyyatım ağır oldu. Çünki 2 saat nəzərdə tutulan əməliyyat 5 saatdan çox çəkdi. Əməliyyat yeni olduğu üçün danışa bilmirəm. Dodağımla yanaşı burnumu da əməliyyat etdirdim. Hazırda üzümdə şişkinliklər var. Hələ bir müddət efirə çıxmayacam. On gün sonra sarğım açılacaq və yenidən işlərimin başına keçəcəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm