Samiraldo polislə üz-üzə gəldi: “Gözümün qabağında “qızımı”...” – FOTOLAR
Bizi izləyin

Magazin1

Samiraldo polislə üz-üzə gəldi: “Gözümün qabağında “qızımı”...” – FOTOLAR

Məşhur stilist Samiraldonun başına iş gəlib.

Publika.az-a açıqlamasında o, avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparıldığını bildirib:

“Dünən iş yerimin qarşısından avtomobilimi apardılar. Çalışdığım salonun qarşısında saxlayıb ayağımı yenicə salona qoymuşdum ki, polislər maşının başının üstünü aldılar. Maşınıma “qızım” deyirəm. Yanlarına getdim. Nə qədər desəm də, mənə qulaq asan olmadı. Gözümün qabağında "qızım"ı cərimə meydançasına apardılar. Orada məndən başqa, onlarla adam avtomobil saxlayıb. Gözlərinə elə mənim maşınım girdi. Ən pisi də odur ki, onların arxasınca cərimə meydançasına getsəm də, yanımda pulum olmadı ki, "qızım"ı çıxardım”.

Sonradan maşınını geri aldığını deyən stilist hadisədən çox əsəbiləşdiyini də vurğulayıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm