
Tanınmış aparıcı Kamran İsrafilova vəzifə verilib.
Publika.az xəbər verir ki, o, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.
Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təçəbbüsü ilə
baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda
YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik
Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı
mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir
sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak
edib.
Eyni zamanda, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. Arzu Əliyevanın prodüserliyi ilə lentə alınan “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.
Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissorudur.
Cəvahir