Elgiz Əkbər İlhamə Quliyevanın vəsiyyətini açıqladı: "Bütün varidatı..."
Bizi izləyin

Magazin1

Elgiz Əkbər İlhamə Quliyevanın vəsiyyətini açıqladı: "Bütün varidatı..."

“İlhamə Quliyeva bütün mirasın pul şəklində əsgərlərə qoyub”.

Bu sözləri Publika.az-a açıqlamasında telejurnalist Elgiz Əkbər deyib. Onun sözlərinə görə, təxminən 2 ay əvvəl İlhamə Quliyeva özünə yaxın bildiyi kəsləri evinə dəvət edib vəsiyyətini onlara edib:

“Bu hadisə 2 ay olar baş verib. Evinə getdik. Səhhətində olan problemlərdən danışdı. Bildirdi ki, özünü pis hiss edir. Həmin gün onun evində qulluqçusu, oğlu Orxan, oğlunun dostu Vüqar, adının açıqlanmasını istəməyən bir teleaparıcı da var idi. Rəhmətlik gözəl balıq qızartmışdı. Gülə-gülə söhbətləşməyə başladıq. Bildirdi ki, başıma iş gəlsə, özünüzü çaşdırmayın. Gülərək cavan qız olmadığını bildirdi. Vəsiyyət etdi ki, vəfat etsəm, məni anamın yanında dəfn edərsiniz. Bir də evdə qırmızı yaylıq var. Anam dünyasını dəyişəndə həmin yaylığı onun üzünə sərmişdik. Həmin yaylığı mənim üzümə sərsinlər. Mən də zarafatla soruşdum ki, bəs var-dövlətinizi kimə miras qoyursunuz? Cavab verdi ki, bütün mirasımın əsgərlərə xərclənməsini istəyirəm. Vəsiyyət mənim vicdanımdadır. Vəsiyyət elə bir şeydir ki, onu gizlədə bilmərəm. Vəsiyyəti gizlətmək günah hesab olunur. İlhamə xanım vəsiyyətini edəndə hamı da otaqda idi”.

Daha sonra Elgiz Əkbər dünən onun adından yayılan bir xəbərə də münasibət bildirib:

“Bəzi saytlar yazıb ki, guya mən demişəm ki, İlhamə Quliyeva öldürülüb. Mən belə şey deməmişəm. Bu, əsassız informasiyadır. Mən evinə getdim. Polislər buraxmadı. Soruşdum ki, nə baş verib? Öldürüblər ki, içəri buraxılmıram? Polisə verdiyim sualı isə götürüb yazıblar ki, Elgiz deyir İlhamə öldürülüb”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm