Müğənnilərimiz ermənilərlə üz-üzə: Cəbhəyə getdilər – FOTO
Bizi izləyin

Magazin1

Müğənnilərimiz ermənilərlə üz-üzə: Cəbhəyə getdilər – FOTO

Azərbaycanın bir qrup müğənnisi bu səhər cəbhə bölgəsi olan Tərtərə yola düşüb.

Bu barədə Publika.az-a tanınmış prodüser Tolik məlumat verib: “Bu səhər bir qrup müğənni toplaşdıq və Tərtərə yola çıxdıq. Elton Hüseynəliyev, Nadir Qafarzadə, rəqqasə Fatimə, Aysel Əlizadə, Zemfira İbrahimova, əkiz bacılardan biri Sevil, rejissor Cəlal Kəngərli qərara aldıq ki, belə bir ərəfədə cəbhə bölgəsində xalqımızla bir arada olaq. Bu saat əsgərlərimizi ruhlandırmalıyıq, onlara mənəvi güc verməliyik. Bu, bizim vətəndaş borcumuzdur. Qələbə xəbərini bizə bəxş edəcək əsgərlərimizin mənəvi dəstəyə ehtiyacı var. Azərbaycan ordusu çox güclüdür, onların mənəvi dəstəkdən başqa heç nəyə ehtiyacı yoxdur”.

Prodüser onu da bildirib ki, sənətçilər Tərtərdə şəhid ailələri ilə görüşəcək, insanlar qarşısında konsertlər verəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm