“Qayıdış” filmi azərbaycanlı məşhurları ağlatdı - FOTOLAR
Bizi izləyin

Magazin1

“Qayıdış” filmi azərbaycanlı məşhurları ağlatdı - FOTOLAR

Nizami Kino Mərkəzində "Qayıdış" filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində çəkiliş heyəti ilə yanaşı bir çox məşhur simalar iştirak edib. Dram janrında çəkilən ekran əsərinin ssenarisi İlqar Fəhmiyə, rejissor işi və baş rol ifaçılığı isə Kənan M.M-ə aiddir. Məşhur rejissor təqdimat mərasimindən sonra bizimlə təəssüratlarını bölüşüb. O, filmin tamaşaçılar tərəfindən çox bəyənildiyini deyib və bütün çəkiliş heyətinə minnətdarlığını bildirib: “Allahın izni ilə filmi hər kəs göz yaşları içində izlədi. Əvvəlcədən də hamını ağladacağımı demişdim. Bizi bu gün tək qoymayan bütün dostlarıma təşəkkür edirəm”.

“Qayıdış” filmində Anar Heybətov, Günəş Mehdizadə, Samir Qulamov kimi tanınmış aktyorlar çəkilib. Ekran işinin bəstəkarı isə Nailə Mirməmmədlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm