Xoşqədəmdən AÇIQLAMA: “Xəzər”ə keçməyim...”
Bizi izləyin

Magazin1

Xoşqədəmdən AÇIQLAMA: “Xəzər”ə keçməyim...”

Teleaparıcı Xoşqədəm Hidayıtqızının ANS TV-dən ayrılaraq yeni layihəsi ilə “Xəzər" televiziyasında işə başlayacağı xəbəri doğru deyil.

Publika.az xəbər verir ki, ana olmağa hazırlaşan X.Hidayətqızının “Xəzər” TV-nin efirinə çıxacağı ilə bağlı yayılan xəbərlərə sosial şəbəkədəki profilində aydınlıq gətirib: “Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan kanalım. Hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır: "Döyüş alnımıza yazılıb!". Ay dostlar, vallah, yazdığınızı oxumağa vaxtım yoxdur. Eşidirəm ki, həmişə məndən yazırsınız. Lütfən, yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın.

Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə-fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımıza da Allah hidayət etsin!”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm