Aşıq Əlidən təzə xəbər
Bizi izləyin

Magazin1

Aşıq Əlidən təzə xəbər

Aşıq Əli Tapdıqoğlu və aşıq Vüqar Mahmudoğlunun rəhbərliyi ilə yeni aşıqlar qrupu yaradılıb. Qrupda Sahib Qaçayev, Asif Xasanoğlun və bir neçə gənc musiqiçilər təmsil olunur.

Bu barədə Publika.az-a aşıq Əli açıqlama verib:

“Məqsədimiz həm ölkə çivarında, həm də beynəlxalq səviyyədə kompazisiyalar təqdim etməkdir. Hazırda yeni proqram üzərində çalışırıq. Sıradan havalar olmayacaq. Eyni zamanda unudulan el havalarını müasir dövrümüzə gətirib çıxarmağı və publikaya sevdirməyi qarşımıza məqsəd qoymuşuq. Qrupla demək olar ki, hər gün məşq edirik. Proqram peşəkar səviyyədə təqdim ediləcək. İlk çıxışımız 27-28 aprel tarixində Şəkidə keçirirləcək dövlət tədbirində nəzərdə tutulub. Eyni zamanda Heydər Əliyevin anım günü münasibəti ilə Aşıqlar Birliyinin hazırladığı tədbirdə yeni kompazisiyalarımız təqdim ediləcək”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm