Baloğlan Əşrəfovdan ŞOK ADDIM
Bizi izləyin

Magazin1

Baloğlan Əşrəfovdan ŞOK ADDIM

Bir neçə gündür Əməkdar artist Baloğlan Əşrəfovla Sumqayıtda yaşayan şair Süleyman Hüseynov arasında davam edən söz atışması dərinləşməkdə davam edir. Baxmayaraq ki, S.Hüseynov bir gün əvvəl yazdığı statusda müğənninin onu telefonla aradığını və üzrxahlıq etdiyini bildirmişdi. Lakin aradakı buzlar əriməyib və əksinə, daha da qızışıb.

Şair məsələ ilə bağlı yeni status paylaşıb. Məlum olub ki, şairin son statusu Əməkdar artistin xoşuna gəlməyib və S.Hüseynovu arayaraq onu yalnış anladığını, ortada üzrxahlıq olmadığını bildirib. Şairin bildirdiyinə görə, müğənni və onun yaxın adamı Şərafəddin İlkin ona zəng edərək hədələyiblər, onu təhqir və təhdid ediblər.

Statusu olduğu kimi təqdim edirik:

Sumqayıtlı şairi təhqir və təhdid etdilər
"Əziz dostlar!Son statuslarla bağlı yenə məcbur olub sizə müraciət edirəm. Mənim Baloğlan haqqında yazdığım "üzrxahlıq etdi" sözlərim onun xoşuna gəlməyib, guya onu düz başa düşməmişəm. İndicə mənə zəng edib, statusu dəyişməyi tələb etdi. Eyni zamanda həm özü, həm də onun yaxın adamı, toylarda tamadası Şərafəddin İlkin məni hədələyib, təhqir və təhdid etməyə başlayıblar. Haqqımda şər və böhtanlar yaymağa başlayıblar. Mən də bu çirkin müharibəyə hazır olduğumu bildirirəm. İstəməzdim, amma məcburam. Lakin mən zor gücünə yox, hüquqi müstəvidə mübarizəmi davam etdirəcəyəm. Məhkəməyə müraciət edib, öz şərəfimi məhkəmə zalında müdafiə edəcəyəm. Başqa yolum yoxdur. Bu statusu da sizə məlumat üçün yazdım. Bir daha hamınıza dəstəyə görə təşəkkür edirəm! Allah amanında!" (Manevr.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm