Məşhur idmançı 8.9 milyon dollara ev aldı - CƏMİ 3 OTAĞI VAR - - FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur idmançı 8.9 milyon dollara ev aldı - CƏMİ 3 OTAĞI VAR - - FOTOLAR

Cokoviç hazırda dünya tennis reytinqində 2-ci yerdədir.

ABŞ-ın Florida ştatında yerləşən Mayami şəhərində serb əsilli tennisçi Novak Cokoviç lüks bina alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq dünya çempionu "Böyük Dəbilqə" turnirlər seriyasında 12 dəfə qalib gəlib.

N.Cokoviç memar Renso Pyaonun layihəsi əsasında tikilmiş binada 3 otaqlı mənzil alıb.

Mayamidəki "Eighty Seven Park"da yerləşən bu binada 3 otaqlı mənzillər 8,9 milyon, penthaus isə 38 milyon dollardır.

Mənzillərin interyeri RDAİ və "Hermes" bürolarının birgə layihəsi əsasında hazırlanıb.

N.Cokoviç hazırda dünya tennis reytinqində 2-ci yerdədir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm