Xəyyam Nisanovun unuda BİLMƏDİYİ SEVGİSİ: “Keçmişə qayıdıb...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Xəyyam Nisanovun unuda BİLMƏDİYİ SEVGİSİ: “Keçmişə qayıdıb...” - FOTOLAR

Keçmişə qayıdıb onları düzəltmək istəyirəm.

Xəyanətdən danışmaq istəməyən Xəyyam Nisanov hesab edir ki, qadın özünü qarşı tərəfə yalnız ağlı, zəkası və düşüncəsi ilə sevdirə bilər.

Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə məşhur müğənni Xəyyam Nisanovcavablandırıb.

- İndiki ağlım olsaydı...

- Hələ ki, heç nə nədən dərin peşmançılıq hissi keçirməmişəm.

- Zəmanət verə bilərəm ki...

- Dünyanın işini bilmək olmaz.

- Söz verirəm ki...

- Veridyim vədləri yerinə yetirəcəm.

- Dünyanı dəyişə bilsəydim...

- Yəqin ki, müharibələri ləğv edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Belə suallardan xoşum gəlmir.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Ağıllı və düşüncəli olmalıdır.

- Qadına qarşı şiddət...

- Alçaqlıdır.

- Vicdanım haqqı...

- Heç vaxt and içmirəm.

- Mən təəssüf edirəm ki...

- İnsanların mehriban olmamasına çox təəssüf hissi keçirirəm.

- Yaxşı gündə, pis gündə...

- Mənliyimizi itirməyək.

- Vanqa nənə ilə görüşsəydim...

- Falçılara və öncəgörücülərə inanmıram.

- Ən böyük səhvim...

- Bu haqda danışmaq istəməzdim.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Elə bir sevgili yoxdur.

- Günahlarım yadıma düşəndə...

- Keçmişə qayıdıb onları düzəltmək istəyirəm.

- Ona görə xəcalət çəkirəm ki...

- Xəcalət çəkəcəyim işlər görmürəm.

Aytən,

Fotolar: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm