Magazin1
Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq
Yerli şou biznesimizin divası Aygün Kazımova Bodrumdan vətənə dönüb.
Publika.az xəbər verir ki, Aygün Kazımova rəsmi İnstaqram hesabından canlı bağlantı edərək, onu izləyənlərin suallarını cavablandırıb və xeyli müddətdir hazırlaşdığı "Beynəlxalq layihəsi"dən söhbət açıb:
"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyim. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm".
Qeyd edək ki, bu il xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Bu münasibətlə diva sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.
Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu