Dilarə Kazımovadan CƏSARƏTLİ SÖZLƏR: “Sənin belə gözəl sinən və ayaqların olduğunu...” - FOTO
Bizi izləyin

Magazin1

Dilarə Kazımovadan CƏSARƏTLİ SÖZLƏR: “Sənin belə gözəl sinən və ayaqların olduğunu...” - FOTO

Dilarə Kazımovadan CƏSARƏTLİ SÖZLƏR: “Sənin belə gözəl sinən və ayaqların olduğunu...” - FOTO

"Eurovision" müsabəqisindən sonra yaradıcılığımda fasilə verdim. Çünki ingilis dilində albom üzərində çalışırdım, daim Kiyevə uçmalı idim. Bu albomdakı mahnılar Kiyev və avropa ölkələrində tanınmaq üçün yazılmışdı. Həm də belə bir böyük layihədən qayıtdıqdan sonra sənətçi istər-istəməz müəyyən çətinliklərlə üzləşir. Ona istirahət lazımdır ki, nə istədiyinə qərar versin, karyerasının sonrakı fəaliyyəti haqqında düşünsün. İngilis dilində albom çıxartdıqdan sonra başa düşdüm ki, doğma dilimdə də mahnılar ifa etməliyəm. Hazırda bunun üzərində işlər gedir. İnanıram ki, Azərbaycan dilində buraxdığım albom maraqla qarşılanacaq”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova bu gün mətbuat nümayəndələri ilə baş tutan görüşdə deyib. "İnstaqram" səhifəsində çimərlik geyimlərində şəkillərini paylaşan cəsarətli sənətçi qadın gözəlliyinin müğənninin populyarlıq qazanmasında mühüm rol oynadığını etiraf edib:

“İstər müğənnilərin, istərsə də aktrisaların xarici görünüşü onun tanınmasında və sevilməsində böyük rol oynayır. “Eurovision” iştirakçıları ilə xüsusi xoreoqraflar məşğul olur. Müsabiqədə iştirak edəndə onlar bizə demişdi ki, müğənninin səhnədə necə dayanması, bədəni və üzü vacib rol oynayır, hətta əllər və ayaqlar elə hərəkət etməli və bir-birinə elə uyğun olmalıdır ki, estetik şəkildə görünsün. Mən şoka düşmüşdüm. İnstaqramda çimərlik geyimlərində şəkillərimi paylaşanda çoxları yazır ki, "Sənin belə gözəl bədən quruluşun, sinən və ayaqların olduğunu bilmirdik". Belə çıxır ki, gözəlliyini nümayiş etdirməsən, bunu başa düşməyəcəklər. Tez-tez əməliyyat olub, olmamağım barədə də soruşurlar. Xeyir, heç bir əməliyyat keçirməmişəm. Formada qalmaq üçün həftədə bir neçə dəfə idmanla məşğul oluram və özümə ciddi nəzarət edirəm. Amma gələcəkdə lazım olsa təbii ki, əməliyyat üçün estetik cərrahlara üz tutacam. Əgər bədən ölçülərin icazə verirsə, niyə də onu göstərməyəsən? Mən öz gözəlliyimdən düzgün istifadə edə bilirəm. Əlbəttə ki, soyunmaq və seksual kliplər çəkdirmək yaradıcılığımızın inkişaf etməsi demək deyil. Erotika və vulqarlıq arasında incə fərq var. Hesab edirəm ki, səhnədə erotika həmişə olmalıdır, ancaq estetik olmaq şərtiylə. Çünki qadın bədəni özü elə incəsənətdir”.

Dilarə Kazımovanın sözlərinə görə, ehtiraslı kliplər və səhnə rəqsləri izləyicilərə müsbət təsir etməsəydi, sənət adamları bu taktikadan indiyə qədər istifadə etməzdi.

“Səhnədə gözəl rəqs nömrələriylə çıxış etmək istəyirəm. Bunun üçün də xüsusi rəqs dərsləri alıram. Birinci ərəb rəqslərindən başlamışıq”.

Ukraynada da müğənni kimi fəaliyyət göstərən D.Kazımova orda kifayət qədər tanındığını gizlətməyib:

“Ukraynada rus və ingilis dilində yazılan kompozisiyalardan savayı Azərbaycan dilində də mahnılar ifa edirəm. Onlar bizim retro mahnılarını çox sevir. Məsələn, bir neçə ay əvvəl baş tutan qastrol səfərində “Sarı gəlin”, “Qurban adına”, “Getmə-getmə” kimi mahnılarımızı oxumuşdum. Sözləri başa düşməsələr də, auditoriyada ukraynalıların çoxu ağlamağa başladı. Mahnının musiqisi onlarda kədərli emosiyalar yaratmışdı”.

2 il əvvəl türk vətəndaşı olan həyat yoldaşından boşanan müğənni hazırda həyatında heç kimin olmadığını söyləyib:

“Musiqiyə aşiqəm. Odur ki, mənim üçün ən vacibi karyeradır. Ürəyim hazırda boşdur. Təbii ki, heç kim sevgidən imtina etməz, amma mən onu axtarmıram. Bu açıqlamamdan sonra isə elçilərin sayı artacaq”.

Sonda ifaçı sevənlərini yeni sürprizi ilə təəccübləndirəcəyini açıqlayıb. Bu layihədə Dilarə Kazımovanın tərəf müqabili Murad Arif olacaq. İki məşhurun birlikdə hazırladığı layihənin nə olduğu isə yaxın günlərdə mətbuata açıqlanacaq.

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm