Magazin1
Aşıq Samirə və Əli övladlarını klipə çəkdilər - FOTO/VİDEO
Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu yeni klip çəkdirib.
Publika.az xəbər verir ki, bu haqda milli.az-a aşıq Samirə məlumat verib:
"Klipi may ayından etibarən çəkirik. Çünki biz vətənimizin gözəlliklərini ancaq yay ayında göstərə bilərdik. Mahnı "Ana yurdum" adlanır. Söz və musiqisi aşıq Pənaha aiddir. Klipdə ölkəmizin gəzməli, görməli məkanlarına bizim gözümüzlə nəzər salınıb. Ekran işində yurdumuzun həm keçmişinə, həm də bu gününə bizimlə bərabər gələcək nəslin də gözüylə baxılır. Bu səbəbdən övladlarımız da bu klipdə yer aldı. Aşıq Əlinin qızı, mənim isə oğlum çəkildi. Bundan əlavə, indiki gənc aşıqlar da klipdə yer alıb. Gənc aşıqlar arasında hər ikimizin yetirmələri var. Klipdə ana yurdumuzla bərabər milli alətlərimiz, milli musiqimiz, milli geyimlərimiz, bir sözlə milli mədəniyyətimizin bir hissəsi tərənnüm edilir".
Aşıq Əli isə kliplə bağlı bunları deyib:
"Həm də düşündük ki, Əli-Samirə duetindən bir hesabat klipi
hazırlayaq. Əlbəttə ki, çalışarıq davamlı olsun. Klipin ideya
müəllifi Samirə xanımdı. Hələ əvvəldən Samirə xanım bu mahnını tək
ifa etmişdi. Elə tələbələrlə bərabər ilk dəfə olaraq aşıqların
flaşmobunu da məhz bu mahnıyla həyata keçirmişdilər. Sonra qərara
aldıq ki, duet də oxuyaq və klipdə hamı yer alsın. Həmişəki kimi
Samirə xanım ilklərə, yeniliklərə imza atmağında davam edir. O ki
qaldı maddiyat xərcinə... Bunu ata malı kimi yarı-yarıya ödəmişik
(gülür). Sənətdən gələn, sənətdə də xərclənməlidir. Əziyyəti keçən
hər kəsə, o cümlədən klipi lentə alan Rövşən Allahquliyevə,
aranjmançı Ruslan Səmədova, masterinq Taleh Ağayevə təşəkkür
edirik" deyə aşıq bildirib.
Aşıqların yeni klipini təqdim edirik.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR