Faytonçu Nazimin möhtəşəm konserti baş tutdu - FOTO
Bizi izləyin

Magazin1

Faytonçu Nazimin möhtəşəm konserti baş tutdu - FOTO

Ötən gün “Faytonçu” ləqəbli məşhurlaşan Nazim Pişiyarının Heydər Əliyev Sarayında möhtəşəm solo konserti baş tutub.

Publika.az xəbər verir ki, müğənni ilk solo konserti haqqında təəssüratlarını bölüşüb. O, bildirib ki, 50 yaşını səhnədə qeyd etdiyi üçün çox xoşbəxtdir və bu, onun çoxdankı arzusu olub.

“Darıxmışam, Bakıdan danış” adlı musiqili gecədə şou-biznesin tanınmış simaları da iştirak edib. Sənətçi çıxışında qeyd edib ki, onu Azərbaycan xalqına tanıdan və məşhurlaşdıran Xalq artisti Rafael Dadaşov olub. Konsertin səbəbkarı Xalq artistinə təşəkkürünü bu sözlər çatdırıb:

"Məni səhnəyə Rafael Dadaşov gətirib. Məni xalqa tanıtdıran o olub. Çox sağ olsun ki, belə bir gündə məni tək qoymadı, dəvətimi qəbul etdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm