Magazin1
Mina Hüseynin "Maşın"dan getməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Oyunda qalsaydım...
“Göndərdiyiniz hər bir sms-i halal edin, çox xahiş edirəm ki, pis fikirdə olduğumu anlamayasınız... “Maşın şou” mənim üçün çox önəmli və reytinqli yarışma idi. Lakin mən oyunu hörmətli insan kimi tərk etmək istədim. Heç bir qruplaşmada yox idim, tək mübarizə aparırdım. Bu, çox çətin idi. Demək olar ki, hamı çıxmağımı istəyirdi. Bəlkə də onlar üçün ən güclü rəqib mən idim. Sizin dəstəyiniz sayəsində sms toplayıb getdim, siz olmasaydınız, oyundan bəlkə də məyus olaraq çıxardım. Kimsə məni səs toplayaraq uzaqlaşdırsaydı, bu, mənə daha pis təsir edərdi”.
Publika.az xəbər verir ki, bu sözləri “Maşın şou”nun ötəngünkü buraxılışında səs toplasa da, oyunu özü tərk edən ifaçı Mina Hüseyn İnstaqramda yazıb. Müğənni bildirib ki, oyunda qalsaydı, digər iştirakçılar onu mütləq çıxaracaqdılar. O, isə oyundan kiminsə əli ilə vurulmaq istəmədiyini qeyd edib:
“İnaşallah heç kim məndən incimədi. Yazırlar ki, göndərilən sms-lər boşa getdi, xeyir göndərilən hər bir sms sizin sevginizdir. Əgər oyundan kimisə uzaqlaşdırsaydım, maşının üstünə yenə əlimi təkrardan qoysaydım, məni hər hansı yolla olur-olsun çıxardacaqdılar. Odur ki, bu zövqü heç kimə yaşatmadım”.
İddia edilir ki, Minanın oyundan getməsi "O Səs Türkiyə" yarışması ilə bağlıdır. O, sözügedən mahnı müsabiqəsinin ikinci mərhələsində Seda Sayanın komandasında çıxış edəcək.
Murad Dadaşov “Maşın”ın dünənki buraxılışında məsləyə aydınlıq gətirib. O bildirib ki, şou başlamazdan əvvəl iştirakçılardan oyun müddətində hər hansı işləri olub-olmadığını soruşub.
“Mina Hüseyn ilə bu barədə söhbət etdik. O bildirdi ki, “O Səs Türkiyə”nin ikinci mərhələsinə yanvar ayından start veriləcək. Aydın məsələdir ki, bizim şou o vaxta qədər davam etməyəcək. Final Yeni İl gecəsində gerçəkləşəcək”, - deyə M.Dadaşov vurğulayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu