Nəsimini təhrif edən Afətdən ŞOK SÖZLƏR: "Hər gün təkliflər alıram..." - VİDEO
Bizi izləyin

Magazin1

Nəsimini təhrif edən Afətdən ŞOK SÖZLƏR: "Hər gün təkliflər alıram..." - VİDEO

Dahi şair və filosof İmadəddin Nəsiminin qəzəlini hindsayağı ifa edən Afət Fərmanqızı Xalq artistləri Flora Kərimova və Rasim Balayevin tənqidlərinə cavab verib.

Publika.az xəbər verir ki, A.Fərmanqızı dünən ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olub. Müğənni bildirib ki, adları çəkilən Xalq artistlərinin tənqidlərini eşitmək onun üçün şərəfdir. O daha sonra əlavə edib ki, sağlam tənqidlərə hər zaman açıqdır, qəti qorxusu yoxdur:

“Əgər qanunla qadağan edilərsə, həqiqətən də mədəniyyətimizə xələl gətirirsə, bu mahnını bir daha oxumayacağam. Əgər deyilənlər şəxsi fikirlərdirsə, o halda sadəcə hörmət etməklə kifayətlənəcəm. Toy müğənnisiyəm, sənətlə məşğul olmuram. Başqa qazanc yerim yoxdur, 12 nəfər musiqiçiyə çörək verirəm. Ali təhsilim var, 11 il müəllimə işləmişəm. Atam Tovuz rayonunun tanınmış kimya-biologiya müəllimi olub. Oğlum 640 balla universitetə qəbul olub. Özüm isə musiqiçi və pianoçuyam. İlk mahnımı Azərbaycanın Xalq artisti Eldar Mansurov yazıb. Onun kimi sənətkardan mahnı almaq hər adama qismət olmur. Lakin o mahnını ifa etdikdən sonra heç bir veriliş məni efirə çağırmadı. Odur ki, səmtimi dəyişdim, mərdi qova-qova namərd etdilər. Nəsiminin qəzəlinə oxuduğum mahnıdan sonra hər gün verilişlərdən təkliflər alıram, çatdıra da bilmirəm. Qarşıma məqsəd qoydum ki, çörəyim haradan gəlirsə, ona uyğun mahnılar ifa edəcəyəm. Çörəyim toylardan çıxır, gördüm ki, burada uğur qazanıram. Toylarda məndən Priyanka Çopra ilə Con Travoltanın rəqs etdiyi məşhur mahnını istəyirlər. Sizin nəzərinizdə bu, bayağı mahnı ola bilər, lakin mən ona bayağı baxmıram. O mahnı mənim həyatımdır. Rayon toylarının birində yaxınlaşıb o mahnını istədilər, musiqiçilər ifa etməyə başladı. Sifariş edən adam israr etdi ki, mən də oxuyum. Sözləri bilməsəm də, qəlbini qırmaq istəmədim. Odur ki, mahnıya uyğun olaraq bu qəzəli oxumağa başladım. “Pencu-şeş” mahnısı belə yarandı”.

Daha sonra Afət Fərmanqızı Nəsiminin bu qəzəli dərisi soyulmazdan əvvəl oxumadığını iddia edib. Müğənninin “Deyirlər ki, Nəsimi dərisi soyulanda “Məndə sığar iki cahan, mən bu cahanı sığmazam” qəzəlini səsləndirib. Bu, "Nəsimi" filminin rejissorun uydurmasıdır” deməsi verilişdə qonaq olan kinorejissor Şeyx Əbdülü özündən çıxarıb.

“Çox zilə gedirsiniz, tarixi faktları bilmirsinizsə, danışmayın. Mənəvi və ümumi ölçü var. Mənəvi dəyərləri çox müqəddəsdir, onlara çox ciddi yanaşmaq lazımdır. İnsanlarda və bəndələrdə o ixtiyar yoxdur ki, onları dəyişdirsin. Hər adam Allahın söz sahibi ola bilmir. Əgər biz Nəsimi səviyyəsinə yüksələ bilmiriksə, onu bu şəkildə təqdim etmək doğru deyil. Hind ladlarına ehtiyac yox idi, şamanlar və dərvişlər avazla oxuyanda heç Hindistan kəşf edilməmişdi”, - deyə Ş.Əbdül bildirib.

Müğənninin qəzəlin sözlərini səhv oxuması - "məndə sığar iki cahan" əvəzinə, "məndə sığar ikən cahan" şəklində deməsi Afət Fərmanqızı ilə Şeyx Əbdül arasında müzakiyə səbəb olub. Sonda müğənni Şeyx Əbdülə təşəkkür edərək bildirib ki, qəzəlin mənasını və fəlsəfəsini ona səhv izah ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm