Magazin1
Miri Yusif üç günlük solo konserti barədə anons verdi
Azərbaycan şou-biznesinin superulduzu Miri Yusif şəxsi İnstaqram-bloqunda iyunun əvvəlində Yaşıl Teatrda üç günlük solo konsertinin keçəcəyi barədə xəbər verib.
Publika.az xəbər verir ki, müğənnı İnstaqram səhifəsində yazıb: "Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox darıxmışam".
Bu günə qədər 6 solo albomu çıxmış, bir çox hitlərin nəinki ifaçısı, eyni zamanda, müəllifi kimi də tanınan Miri "Dəyirman" qrupundakı fəaliyyəti bitdikdən sonra uğurlu solo karyeraya başlayaraq, şou-biznes "dalğalarında" özünü itirmədi. Əksinə, 2010-cu illərin əsas ulduzuna çevrilməyi bacardı. İlk gündən birgə addımladığı "SS Production" şirkəti və özünün kreativ komandasıyla hər ötən il daha maraqlı layihələrə imza atdı, daha da sevildi və məşhurlaşdı.
Qeyd edək ki, keçən il iyul ayında elə həmin Yaşıl Teatrda Miri Yusifin üç günlük konsertinə bütün biletlər konsertdən çox öncə satılmışdı. Bu fakt bir daha onun tamaşaçı və dinləyici auditoriyasının miqyasını nümayiş etdirdi. Yalnız "ruh əkizlərinin" deyil, şou-biznes peşəkarlarının da çoxunun fikrinə görə, bu, ilin ən yaxşı konsert şoularından biri idi.
Builki şou isə daha yaddaqalan, daha möhtəşəm olacaq. Bu dəfəki konsertin proqramı Miri Yusifin pərəstişkarlrına yaxşı tanış olan hitlər əsasında tərtib ediləcək – onu sevdirən əsərlərin hamısı səslənəcək. Artistin yeni üç günlük marafonunda tamaşaçıları canlı ifa, ulduz qonaqların iştirakı və bir sıra başqa sürprizlər gözləyir! Biletlər artıq satışdadır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR