Magazin1
Nazir gündəmi alt-üst edən Afət Fərmanqızından DANIŞDI: "Yaradıcı insan..."
“Mən ümumiyyətlə, yaradıcı prosesə daha ciddi və həssaslıqla yanaşmanı tövsiyə edirəm. Xüsusilə böyük ədiblərimizin əsərlərinin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq da, ciddi nizamlama və daxili nəzarət olmalıdır. Yaradıcı insan nəyə qadirdirsə, onu ifadə etməyə çalışır”.
Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini ifa etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, insanın daxili dünyagörüşü və intellekti yaratdığı hər hansı əsərlərdə üzə çıxır: "Elə əsərlər var ki, uğurlu və uğursuz olur, bəziləri ciddi tənqidlərə məruz qalır, bəziləri də cəmiyyət tərəfindən qəbul olunur. Bu, yaradıcı prosesdir. Lakin buradan tövsiyə edirəm ki, Azərbaycanın böyük tarixi və ədəbi mirası var. Bu mirası müasir şəkildə, yeni formalarda təbliğ etməklə nümunə olmalıyıq. Hər bir yaradıcı insan müəyyən bir məsuliyyət daşımalı və bu məsuliyyəti daxilində dərk etməlidir. Keçən il Nəsiminin anım günündə Xalq artisti Firəngiz Əlizadənin dahi şairə həsr olunmuş əsərinin təqdimatı baş tutdu. Bu əsər dünya miqyasında baxıldı, YUNESKO tərəfindən bütün ölkələrin nümayəndələri bu əsərlə tanış oldu və gördü ki, Azərbaycan xalqının mədəniyyəti nə qədər qüdrətli gücə malikdir. Biz belə əsərlərin tərəfdarıyıq. Bu səbəbdən də biz bədii şuraların yaradılmasını təklif edirik ki, heç olmasa nəzarət olsun, hansısa çərçivə müəyyən olunsun. Azərbaycanda senzura yoxdur. Mən yalnız rəsmi məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına bir qədər mədudiyyət qoyulsun. Çünki sosial şəbəkələr var, mən onlara necə məhdudiyyət qoya bilərəm”.
Aytən
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu