Magazin1
Murad Boz və Seda Bakan BAKIDA - FOTO
Murad Boz və aktrisa Seda Bakan Bakıya gəlib.
Publika.az xəbər verir ki, müğənni ilə aktrisa "Öldür Beni Sevgilim" filminin təqdimatı üçün Bakıya gəlib.
"Ganjlik Mall CinemaPlus"-da baş tutan təqdimatdan
öncə ulduzların mətbuat nümayəndələri ilə görüşü baş tutub. Mətbuat
konfransında jurnalistlərin suallarını cavablandıran Murad Boz
bildirib ki, Bakıda olmaqdan çox məmnundur:
"Çox həyəcanlıyıq, Seda ilə qadın kişi münasibətləri haqqında çox
gözəl və əyləncəli film çəkdik. Bakıdakı konsertlərim möhtəşəm
keçir, ümid edirəm ki, filmin qalası da uğurlu olar. Azərbaycandan
film təklifləri gəlib. Əgər layihə və ssenari ürəyimcə olarsa,
məmnuniyyətlə qəbul edərəm".
Seda Bakan isə etiraf edib ki, bu, Azərbaycana ilk
gəlişidir:
"Bakıya heyran qaldım, küçələr çox genişdir. İçərişəhəri gəzdik,
tarixi abidələrlə tanış olduq. Burda özümü yad hiss etmirəm,
insanlar çox istiqanlı və qonaqpərvərdir".
Murad Boz mətbuat konfransında "Sizcə, sevgini nə
öldürə bilər" sualına belə cavab verib:
"Hər an birinə aşiq ola bilərsiniz, amma onu qorumaq çox çətindir.
Cütlüklər arasında hörmət bitdiyi zaman həm sevgi, həm də
münasibətlər bitir".
Şəxsi həyatı ilə bağlı danışmaq istəməyən müğənni
sevgilisi Aslı Enver haqqında bunları deyib:
"Film sənətdir, insanlara gerçək duyğular yaşatmalıyıq. Aslı ilə
"Kardeşim benim" filmində birgə çəkilmişik. Bir münasibəti yenidən
filmə daşımaq istəməzdim".
Qeyd edək ki, filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murad Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek, Ali Yoğurtçuoğlu və başqaları çəkilib.
“Öldür beni sevgilim” filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR