Magazin1
Rütbəli şəxsin qardaşı qızı azərbaycanlı aktrisanın qızıllarını oğurladı – VİDEO

Məşhur şou-biznes nümayəndəsi və rütbəli şəxsin qardaşı qızı aktrisa Çimnaz Sultanovanın qızıllarını oğurlayıb.
Publika.az xəbər verir ki, “Vicdan haqqı” serialından sonra populyarlaşan aktrisa Çimaz Sultanova qızıllarının oğurlanması ilə bağlı Zaur Baxşəliyevanın “Bizimləsən” verilişinə çıxıb. Aktrisa bildirib ki, qızıllarını məşhur bir xanım oğurlayıb.
O, daha sonra əlavə edib ki, sözügedən xanımın əmisi vəzifəli şəxsdir: “Bu hadisədən danışıram, ürəyim əsir. Bir var ki, tanımadığın şəxs qızıllarını oğurlasın, bir də var ki, tanıdığın adam sənə zərbə vursun. Mənim həm güvəndiyim, həm gözəl və məşhur ailədən olan bir insan, rütbəli şəxsin qardaşı qızı evimdən bütün qızıl-zinət əşyalarımı və brilyantlarımı aparıb. Bu faktı ilk dəfə sizin verilişdə etiraf edirəm. Adamları tanımaq olmur... O, öz səhvini boynuna alıb, məktub yazmışdı ki, hadisəni heç yerdə danışma və əmimin adını heç yerdə çəkmə. Söz vermişdi ki, iki ay ərzində 50 min manat qaytaracaq. Amma hər yerdən məni bloka atıb. O xanım çox tanınmışdır, şou-biznes nümayəndəsidir, onu hamı tanıyır. Kişi qızı kimi söz vermişdim ki, susacam. Hadisə dekabrda olub. Sonra bildim ki, o xanım başqa bir qıza da 21 min manat pul atıb.
Söz verdiyim kimi, nə polisə müraciət edirdim, nə də ki, sosial şəbəkələrdə bu barədə danışırdım. Lakin əmisi yüksək vəzifəli şəxs olduğu üçün hamımızı onunla qorxudur. Həmin qadın həm də bir millət vəkilinin qohumudur, anası isə əməkdar incəsənət xadimidir. Bilirəm ki, o qadın çox dələduzluq edib. Sözün əsl mənasında “maşennik” idi. Amma artıq stop, dəvədən böyük fil var. O qadın öz əməlləri ilə vəzifəli qohumlarının adına və nüfuzuna xələl gətirir. Bəlkə də qohumlarının xəbəri yoxdur ki, o qadın onların adından istifadə edir”.


-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video