Magazin1
Azərbaycanlı məşhur möhtəşəm çıxışı ilə ASİYANI HEYRAN ETDİ - FOTO
Müğənni Samirə Əfəndə Qazaxıstanda, “Medeo” idman kompleksində təşkil olunan “Star of Asia” Beynəlxalq Mahnı Festivalında möhtəşəm çıxışı ilə yadda qalıb.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl baş tutan festivalda Cənubi Koreya, Amerika, Gürcüstan, Çin, Yaponiya, Azərbaycan, Hindistan, Türkiyə, Özbəkistan və digər ölkələrin sənət adamları iştirak edib. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq qırmızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb.
Festivalda “Tocame” mahnısı ilə çıxış edən Samirə Əfəndini səhnədə 10 nəfərdən ibarət “Ballet baqyt girls” rəqs qrupu müşayiət edib. Həmyerlimiz bu möhtəşəm tədbirdən mükafatla qayıdıb. Belə ki, ona Almatanın rəmzi olan kubok təqdim olunub. Bu barədə Samirə Əfəndi özü instaqramda məlumat verib:
“Möhtəşəm festivalda Azərbaycan adından çıxış etməkdən böyük məmnunluq duyuram. Böyük qürurla ölkəmizi bir daha respublikadan kənarında təmsil edirəm. Bütün dəstəyinizə, isti qarşılamaya, xoş sözlərə görə və bütün təşkilati komandaya sonsuz minnətdarlığımı bildirirəm".
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)
.png)



























