Magazin1
Saxlanılan şəxs Firuzə Cəlilovanın atalığı imiş? - VİDEO
"Fira Cəlilova və anasının yaşadığı bağ evi əvvəllər Əlihüseyn Hüseynova məxsus olub".
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin məlumatında bildirilib.
"Verilən məlumata görə, bu bağ evi daha əvvəl Əlihüseyn Hüseynova məxsus olub. Bir müddət əvvəl isə ev Fira Cəlilovanın anasının adına rəsmiləşdirilib".
Qeyd edilib ki, Əlihüseyn Hüseynov evlidir və onun üç övladı var:
"Həmin şəxs bir müddət əvvəl Fira Cəlilovanın anası ilə tanış olub və qeyri-rəsmi birlikdə yaşamağa başlayıblar", - deyə süjetdə bildirilib.
Əlihüseyn Hüseynovun daha əvvəl zavod direktoru kimi çalışdığı və maddi durumunun yaxşı olduğu deyilir. Onun son dövrlər maddi sıxıntılarından dolayı bəzi şəxslərə qarşı dələduzluq etdiyi qeyd edilib.
Məlumata görə, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynov əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunub və təkrar törətdiyi cinayətlərə görə axtarışda imiş. O, bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
Ə.Hüseynovun aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirildiyi bildirilir. İddiaya görə, Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var









.png)






_(1).jpg)


.jpg)

















