Qırmızı xalıda təmtəraqlı geyimləri ilə göz qamaşdırdılar - FOTO
Bizi izləyin

Magazin1

Qırmızı xalıda təmtəraqlı geyimləri ilə göz qamaşdırdılar - FOTO

Dünən Los-Ancelesdə, Microsoft Teatrında "Oskar" (kino sahəsində) "Qremmi" (musiqi sahəsində) və "Toni" (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilən, sayca 71-ci “Emmi 2019” televiziya mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mükafatlar elan olunmazdan əvvəl qırmızı xalıda poza verən ulduzlar təmtəraqlı libasları ilə göz qamaşdırıb.

Tədbirdə Piter Dinkleyc dördüncü dəfə “Ən yaxşı köməkçi aktyor” mükafatına layiq görülüb.

“Ən yaxşı kişi aktyor” nominasiyasında isə “Pose” serialında oynayan aktyor Billi Porter qalib gəlib. Yeri gəlmişkən, o, bu mükafata layiq görülən ilk homoseksualdır.

"Zibil" serialını da qalib hesab etmək olar, ekran işi bir gecədə dörd dəfə mükafat qazanıb. Serialın müəllifi və qismən baş qəhrəmanı Fibi Uoller-Bricə “Ən yaxşı komediya rolu” da daxil olmaqla bir neçə dəfə mükafat təqdim edilib.

Mərasimdə “Həvvanı öldürmək” serialında oynaya Jodi Komerin aktyorluq məharəti də mükafatsız ötüşməyib. Emilia Klark mükafatı Komerə itirməsinə baxmayaraq, “Taxta oyunları” serialı hələ də ilin ən yaxşı dram serialı statusunu qazanıb.

Son aylarəm ən reytinqli serialı “Çernobıl” isə ən yaxşı mini serial, ən yaxşı ssenari və TV layihəsi üzrə mükafata layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm