Magazin1
Elçin Əlibəyli hər şeyə AYDINLIQ GƏTİRDİ: Səhər xanımla birgə...
"Space"in mətbuat xidməti yoxdur, Kamil müəllim də açıqlama verib veriliş barədə. Bir daha təkrar edirəm ki, bizim yaradıcılıq əməkdaşlığımız davam edir, iş birliyimiz davam edir, veriliş efirə gedəcək".
Bu sözləri Publika.az-a açıqlamasında məşhur aparıcı, teletənqidçi Elçin Əlibəyli deyib.
O, sözlərinə belə davam edib:
“Yanlışlıq yaranıb mediada, bu məsələlərə aydınlıq gətirmək istəyirəm. Birincisi əsas məsələ nədir? Mən efirdə danışdığım sözlər loqo ilə gedir. Bizim hörmətli montajçımız mənə loqosuz versiyanı göndərib. Yəni redaktor kəsməyən versiyanı. Mən də orda bir az emosional danışmışam, bilirsiniz də mən bir az finallarda emosional danışıram. Bu mitinqlərə çıxanları və s. Yekunda belə bir söz demişəm ki, üç badam bir qoz ölkəsinə çevirməyin. Space-in əsas redaktoru bu ifadəni efirə verməyib ki, biz üç badam bir qoz ölkəsi deyilik. Yəni həqiqətən bizdən böyük dahilər çıxıb. Mən də həmin anda emosional idim və istəmirdim ki, Azərbaycan həqiqətən üzdən iraqları ilə, fahişələri ilə tanınsın. Yəni böyük bir mədəniyyətimiz var, böyük bir irsimiz var, məqsəd bu idi. O efirə gedən versiya mediada var, o cümlədən də "Space"in “Youtube” kanalında var. Problem ondadır ki, mənə düzgün göndərilməyib, həmin hissə qalıb və paylaşılanda da insanlar qınayıb. Bizim camaatı bilmirsiniz? Hər şeydən bir şey çıxarır. Mənim verilişim də, Elçin Əlibəyli olaraq özüm də, "Space" kanalı da daxil dövlətçiliyə xidmət edirik. Yaxşı şeyləri təbliğ, pisləri isə tənqid edirik. Mənə verilişimdə rəhbərlik sağ olsun yaradıcı imkan, azadlıq yaradıb ki, o cür faktları biz də açıqlayaq. Çünki onlar millət olaraq bizə yaraşmır.
İlklərə imza atan xalq, müsəlman şərqində demokratik parlament, demokratik dövlət yaradan xalq niyə ərəbin gözündə o cür tanınır? Sadəcə o şey mənə söhbət əsnasında pis təsir göstərmişdi və mən də ümumiləşdirdim ki, yəni, biz bu deyilik. Mesajım da bu idi ki, televiziya kanalı onları reklam edərsə, mən orada olmaram. "Space" də onu reklam etmir, məhz mənəvi dəyərlərə üstünlük verir və dövlətçiliyə üstünlük verdiyi üçün mən oradayam. Demokratik dəyərlərə üstünlük verir. Məsələn, mənim üçün orda azad şərait yaradılıb. Mən orda istədiyimi edirəm. Dövlətçilik naminə də olsa, millət naminə də olsa, belə deyək ki, hansısa məqsədi qarşıma qoyuram, onları rəhbərliyə məruzə etmək şərti ilə edirəm. Əməkdaşlığa son qoyulub kimi yazılar və s. yalandır. Bizim nəslin çox parlaq siması olan Səhər Əhmədlə aparıcılıq edəcəyik. Mən özüm istədim ədəbiyyat adamı gəlsin ki, tamaşaçıların xoşuna gəlməyən, ziyalıların xoşuna gəlməyən nöqsanları təmizləyək. Özüm istəyirəm ki, bu veriliş yaxşı bir tok-şou olsun. Səhər xanımla maşallah, bir həftəlik verilişlər çəkmişik, nəinki işinin öhdəsindən gəldi, öz ideyasını, öz ağlını ortaya qoymaqla bərabər güclü komanda olduq. Düşünürəm ki, veriliş nəinki reytinq verəcək, böyük bir tarixə imza atacaq. Bu gün “El bizim sirr bizim” verilişinin reytinqə ehtiyacı yoxdur. İstəyirik ki, yaxşı bir tok-şou yaradaq. "Space" telekanalı bunu bacarır. Vaqif müəllim gözəl rejissor olmaqla bərabər, həqiqətən yaradıcılığıma stimul verən insandır”.
Məhərrəm Əliyev
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI