Magazin1
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir.
Publika.az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.
Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: "Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur.
Bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Bir daha bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırırıq".(Milli.az)
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi


































