Məşhur model “vəhşi təbiət”lə bir arada - FOTO
Bizi izləyin

Magazin1

Məşhur model “vəhşi təbiət”lə bir arada - FOTO

2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi seçilən məşhur model Rüstəm Cəbrayılov yeni layihəyə başlayıb.

Publika.az xəbər verir ki, model “Meşəbəyi” layihəsi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Veriliş televiziya kanallarının birində yaxın günlərdə yayımlanmağa başlayacaq. Layihənin ideyasına əsasən çəkilişlər bölgələrimizin gözəl guşələrində baş tutacaq, eyni zamanda model “vəhşi təbiət” qoynunda təbii şəraitdə yemək hazırlamağa çalışacaq.

Məlumat üçün onu da bildirək ki, Rüstəm Cəbrayılovun Əməkdar artist Gülzar Qurbanova ilə baş rolda çəkildiyi “Nazik Mətləb” filmi yaxın aylarda böyük ekranlara çıxacaq. Ekran işi Cəlal Paşayevin eyniadlı əsərinin motivləri əsasında çəkilib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm