Nura Surinin oğlunun daha bir istedadı üzə çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Nura Surinin oğlunun daha bir istedadı üzə çıxdı - VİDEO

Müğənni Nura Surinin oğlu David uşaq musiqi və rəqs qrupunda çıxış etməyə başlayıb.

Publika.az xəbər verir ki, sənətçi bu yaxınlarda oğlu ilə birlikdə verilişlərin birində qonaq olub. David verilişdə yaşıdları Nazim və Vinera ilə birlikdə “Beliver” mahnısını ifa edib.

Ulduzun bir neçə dil bilən oğlu verilişdə həm rəqsi, həm də ifası ilə öz istedadını nümayiş etdirib.

Bir neçə il əvvəl Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin təşkil etdiyi 8-9 yaşlı uşaqlar arasında keçirilən ciu-citsu yarışlarında birinci yerə layiq görülən müğənninin oğlu musiqi sahəsində öz bacarıqlarını göstərməyə qərar verib.

Nura Suri bildirib ki, oğlunun hərtərəfli inkişaf etməsinə hər zaman təkan verir: “İstedadlı uşaqdır, bir valideyn olaraq onu dəstəkləyirəm. Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində təhsil alır, eyni zamanda Miziya Qambajidze ona vokal dərsləri dərsləri keçir. Bütün bunlarla yanaşı ciu-citsu idman növü ilə məşğul olur və respublika çempionudur. Bu yaxınlarda isə “Nero” qrupunda rəqqas kimi çıxış etməyə başlayıb. Ümumiyyətlə, istedadı boğmaq olmaz, əksinə stimul verməlisən ki, daha da həvəslənsin, öz işinə məsuliyyətlə yanaşmağı öyrənsin”.

Nura Suri əlavə edib ki, David növbəti illərdə “Səs uşaqlar” müsabiqəsində özünü sınamaq niyyətindədir: “Bu il çatdırmadıq, inşallah gələn il müsabiqədə mütləq iştirak edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm