Magazin1
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
“Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.
İTV-nin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər.
Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.
Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.
Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)
.png)



























