Magazin1
Zülfiyyə Xanbabayeva gileyləndi: “Səhvlərimiz bağışlanmır”
“Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il əvvəl tamaşaçılar ancaq bizi televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm”.
Publika.az xəbər verir ki, bu sözləri İnstaqramda Xalq artisti Zülfiyyə Xanbabayeva yazıb.
O, sosial şəbəkələrdə tənqid edilən həmkarlarını müdafiə edib: “Bu yazdıqlarımı təkcə özüm üçün yox, başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz müğənnilərin həyatı şəkillərdə alışdığınız kimi hər zaman göz qamaşdıran və parlaq olmur. “Nə edim, necə edim?” düşünərək çarəsiz qaldığımız zamanlar olur.
Amma biz sizin qarşınıza pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu, bizim işimizdir. Ən xoşbəxt və kədərli anınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir.
Əlbəttə, səhvlərimiz də olur, heyf ki, göz qabağında olduğumuz üçün səhvlərimiz də bağışlanmır. Sizin dəstəyinizi ummağımız çox təbiidir. Sosial şəbəkələrdəki ab-havanı görüb sizinlə dərdləşdim, ürəyimdən gəldi”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
