Region
“Öldü”, gizli dəfn edildi, ortaya çıxıb çevriliş etmək istədi... Gülnarənin pulları qaytarılır
İsveçrədə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilən aktivləri Daşkəndə qaytarılacaq.
Publika.az xəbər verir ki, bununla bağlı İsveçrə və Özbəkistan arasında razılaşma əldə edilib.
Söhbət Özbəkistandan qanunsuz olaraq çıxarılan 252,5 milyon dolların geri qaytarılmasından gedir. Geri qaytarılan vəsaitin “İşonç – 230” Etimad Fondu vasitəsilə səhiyyə və təhsilin inkişafına istifadə ediləcəyi gözlənilir.
1989-cu ildə 2016-cı ilə - ölümünə qədər Özbəkistana rəhbərlik etmiş İslam Kərimovun böyük qızı G.Kərimova beynəlxalq müstəvidə qalmaqalları ilə tanınır. O, 2015-ci ildə Özbəkistanda şantaj və vergidən yayınmaq ittihamı ilə beş il həbsə məhkum edilib. Həmin vaxt İ.Kərimov hakimiyyətdə idi və böyük qızının “vurulması” ailə daxili qarşıdurma kimi qiymətləndirilirdi.
Kərimovlar ailəsində Gülnarənin sevilməməsinin səbəbi kimi onun həyat tərzi göstərilirdi. Məlumatlara görə, 2013-cü ildə G.Kərimova atası tərəfindən Londonda ev dustağı olaraq saxlanılıb. Uzun müddət ictimaiyyət arasında görünməyən Gülnarənin öldürüldüyü və gizli şəkildə dəfn edildiyi şaiyələri də yayılmışdı.
Lakin 2015-ci ildə onun ABŞ-ın Daşkənddəki səfirliyində gizləndiyi ortaya çıxdı. Atası ölüm yatağına düşəndə isə ABŞ-dan hakimiyyəti ələ keçirmək üçün kömək istədiyi deyilirdi. Hətta bununla bağlı məxfi məktubu da tirajlanırdı. Gülnarə ABŞ-a ünvanladığı məktubda prezident postuna öz adamını - ədliyyə naziri Muzrafa İkramovu təklif edib. Bu plan baş tutmadıqdan sonra G.Kərimovanın həbs edildiyi, daha sonra isə onun xaricdə olduğu xəbərləri yayıldı.
2020-ci ildə G.Kərimova şantaj və mənimsəmə ittihamı ilə 13 il azadlıqdan məhrum edildi. Hazırda ölkəsində həbsdədir. İslam Kərimovun ölümündən sonra Özbəkistan dövləti G.Kərimovanın ölkədən çıxardığı pulları geru qaytarmaq istiqamətində işləyir. Məlumatlara görə, İsveçrə 2022-ci ildə G.Kərimovanın qanunsuz şəkildə ölkədən çıxardığı 132 milyon dolları, 2025-ci ildə 95 milyon dolları qaytarıb. Hazırda 252 milyon dolların qaytarılması prosesi gedir.
Asif
-
Nida Xəbər 13:46Sabah bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO














.jpg)





















