Magazin1
Ürəyimdə o qədər gizli eşqlər olub ki... - Nahidə Orucova
“Sənətə gələndə valideyn dəstəyi görməmişəm. Çünki sənətə gəlməyimi və aktrisa olmağımı istəmirdilər. Sənədlərimi Mədəni-Maarifə verirdim, rejissor olmaq istəyirdim. Bacım vaxtı ikən musiqiçi olub, atam deyirdi, evdə səhnəyə bir şəxs bəsdir. Deyirdi ki, ikinci övlad prokuror, həkim olsun, başqa bir sahəyə getsin. Atamdan gizli İncəsənət Universitetinə, dram-kino sənəti ixtisasına daxil oldum. Bunu biləndə əvvəl onun sözündən çıxdığım üçün mənə əsəbiləşdi. Amma sonradan məni efirdə görəndə fərəhlənirdi, qürur duyurdu. Ailəmi sənətimə qurban verdim. Şərt qoyulmuşdu, ya ailə, ya sənət. Sözsüz ki, mən sənəti seçdim, çünki özümü sənətsiz hiss etmirdim. Bu gün məni sənətim yaşadır”.
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Nahidə Orucova “MTV Azərbaycan”da Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində qonaq olarkən deyib. O bildirib ki, kişilərin sevdiyi, seçdiyi xanım olub:
“Çox təkliflər olub, amma özümə qadağa qoymuşam. Hər zaman kişi tərəfindən sevilib-seçilən qadın olmuşam. Onu da öz hörmətimlə qazanmışam. Xoşbəxt olmayan ailə tablosu və gizli eşq arasında seçimdə qalsaydım, gizli eşqi seçərdim. Ürəyimdə o qədər gizli eşqlər olub ki... Amma özümdə saxlamışam, üzə vurmamışam. İlk dəfədir etiraf edirəm, düz gözünün içinə baxmışam. Yanımda olan kişi ağıllı, savadlı olmalıdır ki, mən bildiklərimdən də artıq öyrənim. Mənim üçün maddiyyat önəmli deyil. Əsas sevgidir. Düzdür, yoldaşımla eyni sənətdə olmuşuq, çiyin-çiyinə çalışmışıq, amma bu gün bir yerdə deyilik. Yəqin ki, biz bir-birimizi başa düşmədik!”
Səhhəti haqqında danışan aktrisa qeyd edib ki, xəstəliyi ilə bağlı mədə əməliyyatı keçirməyə qərar verib:
“Xarici görünüşümdə anidən dəyişiklik oldu, bu, sağlamlığım ilə bağlı idi. Mədə əməliyyatı keçirdim. Hər şeyi yeyə bilmirdim, çox ağrılarım var idi. Əməliyyatdan sonra başqa imic aldım. Əvvəl milli idim, indi Avropa tipli qadınam. Nəyi pisdir ki? Amma görünüş dəyişəndən sonra mənə obraz təklifi gəlmir nədənsə. Buradan üzümü rejissor, ssenaristlərə tuturam, xahiş edirəm, mənə görə obraz yaradın, oynamaq istəyirəm!”
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi










.jpg)


.jpg)



.webp)








.jpg)
.jpg)





