Magazin1
Millət vəkilindən Zəngilanda mahnı oxuyan Əməkdar artistə SƏRT SÖZLƏR - VİDEO
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” mahnısını oxumasını tənqid edib.
Publika.az xəbər verir ki, S.Rüstəmxanlı feysbuk səhifəsində bu barədə irad yazıb.
“Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini... Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək... Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər musiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmaqlamağa başladı... İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə...” deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürəkdağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim...”, - Xalq şairi qeyd edib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)






















.jpg)






.jpg)


