Magazin1
Nadir Rüstəmli “Eurovision 2022”nin ən gözəl xanımına aşiq oldu - VİDEO
Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Nadir Rüstəmli başqa bir iştirakçıya aşiq olub.
Publika.az xəbər verir ki, bu barədə yarışmanın Azərbaycan üzrə şərhçisi Murad Arif məlumat yayıb.
Belə ki, bir neçə gün əvvəl İtaliyanın Turin şəhərində “Eurovision” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. 40 ölkədən olan təmsilçilərin xalı üzərindən keçidi baş tutub. “Venaria Palace”da baş tutan açılış mərasimində Azərbaycan təmsilçisi Nadir Rüstəmli, nümayəndə heyətinin rəhbəri İsa Məlikov və mətbuat rəhbəri İlahə Dadaşova media qarşısına çıxıb.
Nadir əvvəlcə media nümayəndələrinin suallarını cavablandırıb. Təmsilçimiz daha sonra italyan müğənnisi Andrea Boçellinin “Con Te Partiro” mahnısını ifa edib.
Rəsmi hissədən sonra yaşanan maraqlı kadrları isə Murad Arif sosial şəbəkədə paylaşıb. O bildirib ki, Nadir Rüstəmli ilə Maltadan olan iştirakçı xanım müğənni Emma Muskat bir-birinə vurulub.
“Siz bir görəydiniz bu ikisi bütün axşam necə baxışırdılar. Axırda qızın ürəyi dözmədi, aldı jurnalist mikrofonunu və Nadirə yaxınlaşdı... Qısası, hazırlaşın, Maltadan Salyana gəlin gəlir. Hər “Eurovision”ın öz hekayəsi var. Bəlkə bu, yenisinin başlanğıcıdır? Hə?” , - Murad Arif paylaşımında qeyd edib.
Qeyd edək ki, Nadir Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edir. O, mayın 12-də ikinci yarımfinalda səhnəyə çıxacaq.
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın






.jpg)

.jpg)
















.jpg)











