Magazin1
İbrahim Tatlısəs: "Güllələndiyim gün, kassamı boşaltdı" - YENİLƏNDİ
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və uzun müddətdir münasibətləri pis olan oğlu Ahmet haqqında səs-küylü açıqlama verib.
Publika.az “Haber Global”a istinadla xəbər verir ki, hər şey məşhur müğənninin Beynəlxalq Atalar Günü münasibətilə sosial media hesabından “Ata candır, ata qədri bilməyənlər isə axmaq oğlu axmaqdır” paylaşımı ilə başlayıb.
Bundan bir müddət əvvəl isə İ.Tatlısəs paylaşımında Ahmetdən başqa bütün uşaqlarından bəhs etmişdi.
Bundan sonra ifaçının birinci xanımı Adalet Sara ona cavab yazıb:
“Bu gün Atalar Günü imiş. Hansı ataların günü mübarək olsun?.. Anadan yetiminə ana olana, öz mənfəətinə, yadlara övladını fəda etməyənlərin! Qız-oğlan, ögey-doğma ayrıseçkiliyi etmədən sevgisini pay edənlərin… “Namus davası” deyə anasına, qızına, arvadına həyatı zindan etməyənlərin! Övladının dərdləri ilə dərdlənən, xoşbəxtliyi ilə xoşbəxt olanların. Özü rifah içində, övladı bədbəxtliklə yaşamayanların… ”, - deyə, o yazıb.
Bundan sonra İbrahim Tatlısəs Bəyaz TV-də “Bəyaz Maqazin” verilişinin canlı yayımına qoşulub. Onun sözlərinə görə 45 ildir ayrılmalarına baxmayaraq bütün bu müddətdə keçmiş xanımına hər ay pul ödəyib. Oğlu isə ona verilən yeddi dükanı batırıb.
“Xəyanətə uğramışam, xəyanətə. Mən güllələndim, birbaşa şirkətə gedib kassamı boşaltdı. Niyə başqa uşaqlarım deyil, o bunu edir?..” - deyə İ.Tatlısəs əlavə edib.
Türkiyəli ifaçı sevdiyi qadın olduğunu və evlənmək istədiyini də elan edib.
“Hazırda o qadından ayrıyam. Dünya bir tərəfə, o mənim üçün ayrı tərəfədir. İndi küsülüyük, amma mən evlənəcəyəm və bütün var-dövlətimi ona hədiyyə edəcəyəm. Ona hər şey fəda olsun, o mənim qəlbimdir”, - deyə bildirib.
src="/storage/files/upload/cb07fd47beab8776007fb2d8371c9a689ffb8966.jpg" style="width: 806px; height: 454.047px;" class="fr-fic fr-dib">
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO



















.jpg)
















