Magazin1
Aybəniz Haşımova: "O günə sağ qalsam..."
Elə yorğunam, elə halsızam ki, evə gəlib bir stəkan çay içməyə heyim qalmayıb. Hətta ayaqlarım da şişib.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "İnstaqram"da yazıb. Son günlərdə işlərinin çox olduğunu bildirən müğənni onu da qeyd edib ki, bu, onun üçün xoş yorğunluqdur.
"Əvəzində bir təsəllim var, əvəzssiz rejissor İmran İbrahimovun studiyasında istedadlı tələbələrimin yeni ifalarını lentə aldım. Bu artıq həyat tərzimə çevrilib dostlar. İndi yaxşıdı, "Bülbüllər"imin vaxtında həftələrlə studiyadan çıxmırdıq və bir uşaq, bir valideyn demirdi ki, bu nədi, yorulduq... Elə ona görə də, "Bülbüllər"im həqiqi bülbülə çevrildilər. Bu işin başında zəhmət dayanır. Zəhmət çəkməsən, nə səndən sənətkar olar, nə də ki, müəllim. Təəssüf ki, hamı dözə bilmir.
Sabah da dərsə getməliyəm, sonra saat 5-də studiyada olmalıyam ta gecə on ikiyə qədər. Bu yolu tələbələrimlə 26 ildir ki, gəlirəm. Öncə 18 il "Bülbüllər"lə, sonra yaradıcısı olduğum Sənət Akademiyası ilə. Heç peşiman deyiləm, dostlar. Bilirsiniz niyə? Çünki onları səhnədə alqışlayanda, onlar uğur qazananda, elə bilirəm dünya mənimdir.
İnşallah 2023- də həyatda 55, sənətdə 46 yaşım tamam olacaq. O günə sağ qalsam, sizinçün bir gecə hazırlayacam ki, inşallah misli görünməyəcək", - Əməkdar artist qeyd edib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi








.jpg)

























.jpg)

.jpg)