2022-ci ilin ən yaxşı filmləri seçildi
Bizi izləyin

Magazin1

2022-ci ilin ən yaxşı filmləri seçildi

Şübhəsiz ki, 2022-ci il kino sənayesinin məhsuldarlığını nümayiş etdirdiyi və diqqət çəkən filmlərlə yadda qaldığı bir il oldu.

Publika.az xəbər verir ki, "Time” redaktorları bu ilin ən yaxşı filmlərini sıralayıb.

Həmin filmləri təqdim edirik:

10. All the Beauty and the Bloodshed-İMDb 7.9

Nan Qoldinin karyerasını və Sakler ailəsinin süqutunu əks etdirən sənədli filmdir. Sənədli film uzun müddətdir ki, diqqətini cəmiyyətin kənar tərəflərinə yönəldən bir sənətkarı təsvir edir, həm də LGBT fəallığınI nümayiş etdirir.

9. The Inspection-İMDb 7.1

Jeremi Pop, təqib və fanatizmlə üzləşdiyi üçün Dəniz Qüvvələrinə qoşulur. Ümumilikdə filmdə onun həyatından bəhs edilir.

8. Il Buco- İMDb 6.7

1961-ci ilin avqustunda İtaliyanın şimalındakı bütün mağaraları araşdıran Piedmont Speleoloji Qrupunun gənc üzvləri insanlara məlum olmayan digər mağaraları araşdırmaq üçün İtaliyanın cənub hissəsinə yola düşdülər. Filmdə qrupun macəralarından bəhs olunur.

7. EO- İMDb 7.1

EO Baltazar adlı uzunqulağın hekayəsindən bəhs. Baltazerin hekayəsi Polşa sirkində başlayıb İtaliyada kəsimxanada bitir.

6. Tár- İMDb 7.8

Keyt Blanchett dirijor Lidiya Tarı canlandırır. Blanchett filmdə əsl aktyorluq nümayiş etdirir. Film, bütün dünyada öz sənətinin ən yaxşılarından biri kimi tanınan böyük Alman musiqi orkestrinin ilk qadın dirijorunun hekayəsindən bəhs edir.

5. Happening- İMDb 7.4

Annie Ernaux-un 2000-ci ildə Nobel mükafatı laureatı olan eyniadlı romanı əsasında çəkilmiş fransız dramıdır və gənc tələbə vasitəsilə arzuolunmaz hamiləliyin qadının həyatında nə demək olduğunu izah edir.

4. Elvis-n İMDb 7.4

Ostin Batler Baz Luhrman məşhur müğənni Elvis Preslinin rolunu oynayır. Film Elvis Preslinin həyatının naməlum məqamlarını açır.

3. Armageddon Time- İMDb 6.7

Ceyms Qreyin uşaqlıq xatirələrinə əsaslanan film Ronald Reyqanın seçki prosesinin tarixi fonunda dostluq və sədaqət haqqında bəhs edir.

2. Aftersun-İMDb 7.7

Söhbət boşanan cütlüyün övladı olan qızın atası ilə Türkiyədə bayram keçirməsindən gedir. Sofi iyirmi il əvvəl atası ilə tətilin ortaq sevincini və şəxsi melankoliyasını əks etdirir.

1. The Fabelmans- İMDb 8.2

Mişel Uilyams və Pol Dano uşaqlığını Arizonada keçirən rejissor Stiven Spilberqin 50 ildir üzərində işlədiyi tərcümeyi-halında baş rolları canlandırıblar. Spilberqin xatirələrindən ilhamlanan Fabelmanlar gənc Semmi Fabelmanın hekayəsindən bəhs edir.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm