Magazin1
"İnsanların beynini bulandırmayın, 13 yaşımda..." - GÜNEL
Hər nə etsəm, bunu açıq-aşkar deyəcək ürəyə sahibəm! Bakıda burun əməliyyatı etdirdiyimi hər dəfə deyirəm, qısqanclıq etməyin, gedin, siz də etdirin. Dodaq dolğusunu hər baxımlı qadın kimi mən də etdirirəm və bunu da deyirəm. Mahnı ifa edərkən alnımda qırışlar olmasın deyə 6 aydan bir botoksumu yeniləyirəm.
Publika.az xəbər verir ki, bu sözləri "azəriqızı" ləqəbli müğənni Günel Zeynalova sosial mediada yazıb. Xarici görünüşünün müzakirə olunmasından yorulduğunu deyən ifaçı Türkiyə mətbuatında yayımlanan arxiv fotolarının yayımlanması ilə bağlı açıqlama verib.
"Xırda toxunuşlar var” dediyim açıqlamanı 3 il öncə etmişəm. Hər xəbərin başlığına bunu yazıb, sanki yeni söyləmişəm kimi göstərərək xəbər hazırlaya bilməzsiniz. Allah qorxunuz yoxdur? Başqa xəbər qaynağınız yoxdur? Heyif sizə… İnsanların beynini bulandırmayın. 13 yaşımdakı şəklimi paylaşıb indiki halımla müqayisə etmək necə bir axmaqlıqdır?! Siz 13, 15 yaşınızdakı halınızla qalmısız? Xəbəriniz köhnəlib, yenisini hazırlayın… Qeybəti xəbər etmək olmaz! İndi gedin başımdan...”, - sənətçi paylaşımında üsyan edib.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO





































