Magazin1
"Bizi idarə etmək o qədər asanlaşıb ki…"
İnsan beyni hək olunub buna şübhəniz olmasın. Bizi idarə etmək o qədər asanlaşıb ki… İnsan bəyənilmək, sevilmək, dəyərləndirilmək üçün çaba göstərir doğulduğu gündən, şüurlu ya şüursuz fərq etmir. Alqoritmlər elə qurulub ki, botların vasitəsi ilə ən cılız, məntiqsiz, mənasız, sözlər-mahnılar, insanlar daha çox trend olur, bəyənilir.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb. Sənətçi iddia edir ki, botların cəmiyyətə təsiri qarşısıalınmazdır.
"İnsanlar da bunu “bəyəniblərsə, mən də edim, mən də dəyərləndirilim” düşüncəsi ilə danışıb hərəkət edir və beləliklə, kütlə zənn etdiyi əslində isə botlar tərəfindən idarə olunaraq mənəvi və intellektual inkişafdan geri qalır.
Tik-tok, youtube və sair kimi şəbəkələrə nəzər yetirsəniz, şahidi olacaqsınız. Dəblə, trendlə idarə olunan insan vücudlu robot beyinli məxluqların zəmanəsində yaşayırıq.
Belə gedişlə də süni intellekt qalib gələcək. Tezliklə homosapienslərdən (insanları heyvanlardan ve digər canlı növlərindən ayıran bir termin) əsər-əlamət qalmayacaq. Kim bacarırsa, xatirələrini itirməsin, yaddaşını sağlam saxlasın, kitablar oxusun (klassikləri), düşünüb hiss etdiklərini kağızda yazıb saxlasın. Yoxsa hər şey məhv olanda xatirələr də qalmayacaq heç", - sənətçi yekunda qeyd edib.

-
Magazin106:16“Darıxmışam deyim ki…” - FOTO
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var







.jpg)




























