Dünya
İranın dini lideri o olacaq? - Xameneidən sonra bütün diqqət görün kimə yönəlib
İranın dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra onu kimin əvəzləyəcəyi müzakirə mövzusudur.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, hazırda diqqətlər potensial lider kimi Ruhullah Xomeyninin 53 yaşlı nəvəsi Həsən Xomeyniyə yönəlib.
Məlumata görə, Həsən Xomeyni onun 15 nəvəsi arasında ən tanınmışıdır və İranın dini qurumları daxilində nisbətən mötədil fiqur kimi qəbul edilir.
O, vəzifədə olduqları dövrdə Qərblə münasibətlərin yaxşılaşdırılması siyasəti yürüdən sabiq prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani də daxil olmaqla islahatçılarla yaxın əlaqələrə malikdir. Xomeyni Tehranın cənubunda yerləşən babasının məqbərəsinin mühafizəçisi kimi simvolik vəzifəyə sahibdir, lakin o, heç vaxt hökumətdə vəzifə tutmayıb.

İran daxilində bəzi siyasətçilər onu Xameneinin dövründə güclənən sərt xətt tərəfdarlarına, xüsusilə də onun oğlu Müctəba Xameneiyə rəqib kimi görürlər. İslam Respublikasına sadiq qalmasına baxmayaraq, Xomeyni islahatlara çağırış etməsi və bəzən hakimiyyətə qarşı etiraz mövqeyi bildirməsi ilə də tanınır.
O, həmçinin 2022-ci ildə mühafizəkar geyim qaydalarını pozmaqda ittiham olunaraq “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra vəfat edən gənc iranlı qadın Məhsa Əmininin ölümü ilə bağlı məsuliyyət tələb edib. Bu hadisə ölkə miqyasında etirazlara səbəb olmuşdu.
Dekabr və yanvar aylarında İranı bürüyən iğtişaşlar zamanı o, hakimiyyətin yanında yer alıb, etirazçıları İsrailə xidmət etməkdə ittiham edib və hökumətyönlü yürüşdə iştirak edib.

Xomeyninin yaxın dostu 2015-ci ildə "Reuters" agentliyinə verdiyi müsahibədə onu, xüsusən də musiqi, qadın hüquqları və sosial azadlıq məsələlərində mütərəqqi bir ilahiyyatçı kimi təsvir edib. Onun sözlərinə görə, Xomeyni sosial mediadakı trendləri izləyir və İslam düşüncəsi qədər Qərb fəlsəfəsi ilə də maraqlanır.
Bioqrafiyasına görə, o, ərəb və ingilis dillərində sərbəst danışır və 21 yaşına qədər həvəskar futbolçu olub.
Roza
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































