Dünya
İran əməliyyatı ABŞ-a milyardlara başa gəlir: Görün saniyədə nə qədər xərclənir
“İran müharibəsinin dəyəri” (“Cost of the Iran War”) adlı yeni sayt fəaliyyətə başlayıb. Resurs 28 fevralda ABŞ-ın Yaxın Şərqdə başladığı hərbi əməliyyatın maliyyə xərclərini real vaxt rejimində hesablayır.
Publika.az “Cost of the Iran War” saytının təqdim etdiyi məlumatlara istinadən xəbər verir ki, əməliyyatın ümumi dəyəri artıq 2 milyard dollara yaxınlaşır.
Platforma hərbi qulluqçuların saxlanması, hərbi gəmilər və təyyarələr, eləcə də digər logistik və əməliyyat xərclərini ümumi məbləğə daxil edir. Bundan əlavə, itirilmiş texnika və digər mümkün itkilərlə bağlı da ayrıca statistika təqdim olunur.
Hesablamalara əsasən, ABŞ sözügedən əməliyyat üçün saniyədə təxminən 4,4 min dollar vəsait xərcləyir. Bu, gün ərzində təxminən 220 milyon dollar deməkdir.
Məlumata görə, yalnız hərbi-dəniz qüvvələrinin saxlanması gündəlik 15,7-21,5 milyon dollar arasında vəsait tələb edir.
Sayt həmçinin texnika itkiləri ilə bağlı rəqəmlər də açıqlayıb. Bildirilir ki, üç təyyarənin itirilməsi ABŞ-a 270 milyon dollara başa gəlib. İrana endirilən zərbələrin ümumi dəyəri isə əlavə olaraq 538 milyon dollar həcmində qiymətləndirilir.
Qeyd edək ki, saytın təqdim etdiyi məlumatların rəsmi mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi barədə açıq informasiya yoxdur.
Adəm
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
-
Maraq dünyası09:1223 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Dünya08:48Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi
-
Maraq dünyası04:24İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər











.jpg)
.webp)














.webp)











