Magazin1
"Nikosayağı" haradadır? - AÇIQLAMA
![](https://publika.az/storage/2023/11/28/1486297.jpg?v1722040936)
Bu ilin avqust ayının 15-də qəza törədən tanınmış bloqer Nicat Şakirlidən (Nikosayağı) xəbər var.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev blogerin istintaqının davam etdiyini deyib.
“Yeni Sabah”ın aylardır haqında heç bir məlumat olmayan blogerin yaxınlarından əldə etdiyi məlumata görə isə Nicat Şakirlinin istintaqı hələ də davam edir və nəticə bəlli olana qədər ailə gündəmə gəlmək istəmir.
Mənbə bildirib ki, hazırda evində olan bloger ağır depressiyadadır və sosial şəbəkədən istifadə etmir.
Xatırladaq ki, tanınmış bloger “Porsche” markalı avtomobili ilə paytaxtın Heydər Əliyev prospektində hərəkət edən zaman maşının TIR-a çırpılması nəticəsində 1995-ci il təvəllüdlü Məmmədov Ruslan Şahin oğlu hadisə yerində həlak olub. Dövri mətbuatda gedən məlumatlara görə, mərhum Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibi Şahin Məmmədovun oğlu olub.
Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin keçirdiyi qəzadan sonra sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. Onun tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğlu olduğu bildirilib.
Cari il sentyabr ayında Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda isə “Nikosayağı” barəsində cinayət işinin başlandığı qeyd olunmuşdu.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO