Magazin1
"Gəlsin yarım saatlıq fonoqramını oxusun və getsin"

Çox mədəni və lazımi olan sözləri demişəm. Bu, milyonlarla insanın demək istədiyi sözlər idi. Danışmağa ixtiyarım var, təhqir etməmişəm, fikrimi söyləmişəm. İxtiyarım çatır söz deməyə. Məndən iki il əvvəl gəlib sənətə. Tam fərqimiz addadır. Ona dövlət tərəfindən ad verilib, mənə hələ yox.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Həmin Zaur" verilişində bir neçə gün əvvəl Xalq artisti Tünzalə Ağayeva haqda söylədiyi fikirlərə aydınlıq gətirərkən deyib. O, aparıcının "Bəs, üz-üzə gələndə nə deyəcəksən" sualına isə belə cavab verib:
"Hansı fikirdəyəmsə, onu deyəcəyəm. Əslində məclisə yarımsaatlıq müğənnilər gələndə biz öz otağımızda otururuq. Biri-birimizi görmürük. O bütöv toylara getmir. Onun üçün deyil. Gəlsin yarımsaatlıq fonoqramını oxusun və getsin.
Mənim xoşuma gəlmir ki, müğənni həmkarını alçaltsın. Sənətdə dostlarım var, onların üstünə gedəndə məndə aqressiya yaranır. Susa bilmirəm, cavab verməyə üstünlük verirəm. Hərənin öz dinləyicisi, sevəni var. Çıxıb demək ki, "Məndən yoxdur", xeyr, elə deyil. Mənim onunla heç bir şəxsi qərəzliyim yoxdur. 20 illik sənət fəaliyyətimdə yalnız 2-3 dəfə məclislərdə üz-üzə gəlmişik". (axşam.az)

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO