Magazin1
Xalq artisti Musa və Təranə barədə: "Bu, həmişə belə olub"

Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan "7 tamam" verilişindəki çıxışı müzakirə yaradıb.
O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində "Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam" sözlərini deyib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq "Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik..." sözlərini deyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə küsülüdür, aralarında barışıq olmayıb.
Publika.az xəbər verir ki, Xalq artisti Niyaməddin Musayev Pravda.az-a açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Onların danışıqlarını eşitdim. Sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi...", - N.Musayev deyib.

-
Dünya02:19
Dneprdə partlayışlar oldu
-
Hadisə01:20
Toydan çıxan 18 yaşlı gənc damarlarını kəsdi - Azərbaycanda dəhşətli hadisə
-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Nida Xəbər 25 Aprel 23:59
Ərdoğan Azərbaycana gələcək
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü