Magazin1
"Gecədən səhərədək çılpaq qadınlara baxıb, onları..." - Video

"Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək...".
Publika.az xəbər verir ki, bu fikirləri insanların sosial şəbəkələrdəki davranışları haqda danışan tanınmış aktyor və rejissor Kamran Yunis Yenicag.az-a açıqlamasında deyib.
O, sosial şəbəkələrdə iyrəncliyin, murdarlığın, tərbiyəsizliyin daha çox reytinq gətirdiyini təəssüf hissi ilə bildirib:
"Bu gün insanlar reytinq naminə bütün sosial şəbəkələrdə hər şeyi etməyə hazırdırlar. Sözün bütün mənalarında ağla gələn hər şeyi. Niyə belədir? Çünki sistem düzgün deyil.
Cəmiyyət savadsızlaşdıqca, bayağı şeylərə maraq daha da artır. Hər şey edim, təki reytinq gətirsin. Baxın, "TikTok"a. Əcəba, bizim millətimiz budurmu? Mən belə deməzdim. Amma söyüş, təhqir, əxlaqsızlıq, iyrənclik, murdarlıq baş alıb gedir.
Bilsəm, bizim cəmiyyət budur, intihar edərəm. "TikTok" nədirsə, Azərbaycan gerçəkliyi budur. İnsanların istədiyi budur. Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək...
Mənim o qədər faydalı fikirlərimin altında söyüşlər yazıblar ki... Mən bu cəmiyyətə görə özümü, sözümü idarə etməliyəm? Xeyr, mən öz yolumla düz gedirəm. Cəmiyyətin arxasınca getməməliyəm, cəmiyyəti öz arxamca aparmalıyam.
"TikTok"da pul qazanmaq söhbəti var və buna görə 51 faiz insan hər cür iyrəncliyə əl atır. Qalan kəsim isə əksinə, yetərincə dəyərli informasiyalar paylaşır, gözəl söhbətlər edir. Amma azərbaycanlıların çoxunun o platformada etdiklərinin əksəriyyəti mədəni fahişəlikdir".

-
Dünya02:19
Dneprdə partlayışlar oldu
-
Hadisə01:20
Toydan çıxan 18 yaşlı gənc damarlarını kəsdi - Azərbaycanda dəhşətli hadisə
-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Nida Xəbər 25 Aprel 23:59
Ərdoğan Azərbaycana gələcək
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü