Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO
Bizi izləyin

Magazin1

Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO

Stilist-vizajist Şəfəq Novruz tikinti materialları bazarında ölən dayısı Razi Qasımovla fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, o sosisal şəbəkdə paylaşdığı şəkilinin dayısı ilə çəkilən yeganə foto olduğunu qeyd edib:

"Dünyanın ən təmiz ən məsum adamı, həmişə hamının pis günündə köməyinə qaçan... Heç vaxt qəlbimə dəyməyib. Razi dayıma qarşı uşaqlıqdan heç bir pis xatirəm yoxdur. Cəmi bir şəkilimiz var. Nur içində yat nurlu adam".

Xatırladaq ki, noyabrın 23-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğında həyatını itirən şəxs stilistin doğma dayısıdır. Şəfəq bu xəbəri anasının bilmədiyini də vurğulayıb.

Həyatını itirən 1962-ci il təvəllüdlü Razi Qasımov yaxın qohumunun obyektində mühafizəçi işləyirmiş. O, yanğın baş verən zaman alovun mühafizə etdiyi obyektə də keçməsini görməsindən sonra halı pisləşərək hadisə yerində dünyasını dəyişib. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm