Magazin1
“Ona dedim ki, efirdə səni açıq-saçıq görsəm...” - VİDEO

"Şəbnəm uşaqlıqda "kepkanı" (papağı - red.) başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 2-3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. O, oğlan tərzində geyinib. Mən ona sərbəstlik vermişəm. Şəbnəm arxasız uşaq olub. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib".
Publika.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlunun (Əsədova) atası Ələddin Əsədov "İncə səhər" verilişinə müsahibəsində deyib.
Hələ də qızının geyiminə müdaxilə etdiyini söyləyən sənətçinin valideyni bildirib ki, efirlərin birinə geyindiyi qısa ətəyə görə onu danlayıb:
"Qızım Şəbnəm əlinə mikrofon alanda, ona bircə kəlimə söz dedim ki, "Əlində mikrofon səni hansı efirdə açıq-saçıq görsəm, üzünə darvazanı açmayacağam".
Heç onu açıq-saçıq geyimdə görmüsünüz?
Yox! Onun geyiminə qarışıram. Həyatda varamsa, onun valideyniyəm. Bir dəfə ona geyimi ilə bağlı iradımı bildirmişəm. Qonşunun televizorunda efirə baxırdıq. Gördüm ki, əyninə geyindiyi ətək biraz qısadır. Qonşunu çağırdım, söylədim ki, Şəbnəmə zəng et. Təxminən bildim ki, efirdən çıxıb evinə çatıb. Qonşuya dedim ki, Şəbnəmə desin ki, əyninə geyindiyi ətək çox xoşuma gəldi. Bir də onu əynindən çıxarmasın. Bununla da məsələyə nöqtə qoydum. Sətiraltı sözümü dedim. Qazanın ağzına qapaq qoyuldu".

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ