Samirəni "Altın Kelebek"ə Anar Ağakişiyev BƏZƏDİ - VİDEO
Bizi izləyin

Magazin1

Samirəni "Altın Kelebek"ə Anar Ağakişiyev BƏZƏDİ - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlarında Azərbaycandan 2020 və 2021-ci ildə ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi yer alıb.

Publika.az xəbər verir ki, sözügedən mükafatlanma gecəsində iştirak edəcək Samirə Əfəndinin saç və makiyajı üzərində dünyaca məşhur vizajist Anar Ağakişiyev çalışıb.

Bu haqda Samirə sosial şəbəkə hesabında məlumat yayıb.

Əfəndi Anarın etdiyi saç düzümünü və makiyajını çəkərək mükafatlanma gecəsinə hazır olduğu diqqətə çatdırıb.

Qeyd edək ki, "Altın Kelebek" bir neçə saatdan sonra Tükiyədə "Kanal D" və Azərbaycanda "Xəzər" televiziyası ilə canlı yayımlanacaq. (bizim media)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm