Əməkdar artist: "Oynadığım rollara heç vaxt baxmıram, çünki..." - VİDEO
Bizi izləyin

Magazin1

Əməkdar artist: "Oynadığım rollara heç vaxt baxmıram, çünki..." - VİDEO

“İstər tamaşa, istərsə də film olsun, oynadığım rollara heç vaxt baxmıram. Baxmağa qorxuram ki, başlayacağam səhvlər axtarmağa. Özümə qarşı o qədər tələbkaram ki, bəlkə də bundan irəli gəlir”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli qonaq olduğu “Min maska” verilişində deyib.

Sənətçi bildirib ki, istər həyatda, istərsə də sənətdə öndə olmaq kimi xüsusiyyət onun üçün ziddir:

“Qismətə inandığım üçün həyatımı da elə yaşayıram. Mənim olmayan mənim deyilsə, mənə gəlməz... Bu mənimdirsə, mütləq mənə gələr, qayıdar... Yəni həyatı da elə yaşayıram. Ola bilər rollarıma qarşı da eləyəm. Olmayıb kı, filan rolu mən oynamışam və o rolu heç kimə vermərəm.
Mən qabaqda olmalıyam kimi xüsusiyyətlər mənə ziddidir. Bu kimi xüsusiyyətlər insana kömək də, mane də olur... Qismətdir, olar- olmaz kimi düşündükcə o qismətin sənə gələn anda dəyişə bilər. Və belə olan halda düşünürsən ki, bir addım yetər idi ki, o mənə tərəf gəlsin. Mən də o addımı atmadım. Peşman oluram desəm, yalan olar. Təəssüf hiss olur. Bunu özümə dərd də etmirəm. Quruluşumdan və doğuluşumdan belə insanam...”. (Bizim.Media )

Oxumağa davam et
Reklam
Reklam

Gündəm