Təranə Musaya görə Müşfiqi tənqid etdi - VİDEO
Bizi izləyin

Magazin1

Təranə Musaya görə Müşfiqi tənqid etdi - VİDEO

Müğənni Təranə Qumral aktyor Müşviq Şahverdiyevi tənqid edib.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Xəzər axşamı" verilişində həyat yoldaşı Musa Musayevi parodiya edən aktyoru təlxək adlandırıb:

"Onların reytinqi bizdən sonra daha çox oldu. Parodiya etdiyin insanı heç olmazsa, yarısı qədər yamsılamağı bacarmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... O təlxəklik edir. Dəfələrlə özünə də demişəm. İnsan parodiya etməlidir, amma hər şey çərçivə daxilində".

Müğənni Musa Musayev isə parodiya zamanı Müşviqin çərçivədən çıxdığını bildirib:

"Allah rəhmət eləsin, Xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, Arif Quliyev kimi gözəl yumor aktyorlarımız olub. Kimləri parodiya ediblərsə, yerində olub. Müşfiqin çox istyirəm, amma çərçivədən çıxmaq olmaz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm